Merts BMT Baş Assambleyasında çıxış etməyəcək

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 10:57 (UTC +04:00)
Merts BMT Baş Assambleyasında çıxış etməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya kansleri Fridrix Merts gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün getməli olduğu Nyu-Yorka səfər etməyəcək.

Bu barədə "Bloomberg" Almaniya kanslerinin ofisinin yaydığı bəyanata istinadən məlumat yayıb.

“İlkin planlardan fərqli olaraq, kansler gələn həftə Nyu-Yorka getməyəcək, çünki onun Berlində olması zəruridir”, - Mertsin kanslerliyinin çərşənbə axşamı elektron poçt vasitəsilə yaydığı bəyanatda deyilir.

"Bloomberg"in yazdığına görə, Merts sentyabrın 22-də Nyu-Yorkda Henri Kissincer adına mükafata layiq görülməli və BMT Baş Assambleyasında çıxış etməli idi. Lakin kansler indi gələn həftənin əvvəlində rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (XDİ) rəhbərliyinin iclaslarında iştirak etməyi planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti