Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Nyu-Yorkda görüş keçiriləcək - XİN

Siyasət Xəbər 15 Sentyabr 2026 16:53 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Nyu-Yorkda görüş keçiriləcək - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Nyu-Yorkda görüş planlaşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, görüş bu ay baş tutacaq.

Xatırladaq ki, 9 sentyabrda tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri ilə yaxın zamanda görüş keçirilməsinin mümkün olduğunu bildirib.

Nazir qeyd edib ki, son həftələrdə Bişkekdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti