Milli Məclisin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb

Siyasət Press-reliz 15 Sentyabr 2026 13:48 (UTC +04:00)
Milli Məclisin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türkdilli ölkələri maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə bu təşkilatın xətti ilə görülmüş işlər, qurumun beynəlxalq parlament təşkilatları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı bildirilib ki, Milli Məclis həm TÜRKPA ilə, həm də bu təşkilata üzv qardaş ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafına böyük önəm verir.

Görüşdə təşkilatın gələn ay Qırğızıstanın Bişkek şəhərində keçiriləcək plenar iclasına hazırlıq, tədbirdə müzakirə ediləcək məsələlər nəzərdən keçirilib, perspektiv planlar barədə danışılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti