Çin orbitə 10 yeni peyk çıxarıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 13:13 (UTC +04:00)
Çin orbitə 10 yeni peyk çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çin “Zhuque-2E” (ZQ-2E, “Çjuçüe-2-i”) kommersiya daşıyıcı raketinin köməyi ilə 10 peyki uğurla orbitə çıxarıb.

Bu barədə raketin operatoru “LandSpace” şirkəti məlumat yayıb.

Şirkətin “WeChat” səhifəsində yayılan məlumata görə, ZQ-2E çərşənbə axşamı Pekin vaxtı ilə saat 14:26-da (Bakı vaxtı ilə 10:26) Çinin şimalındakı Tsyütsüan kosmodromunun “Dunfen” kommersiya meydançasından buraxılıb.

Raket “Shanghai Yuanxin Satellite Technology” şirkətinin “SpaceSail” (“Çyianfan”) peyk qrupunun 19-cu dəstini orbitə çıxarıb.

Qeyd olunur ki, bu buraxılış zamanı ZQ-2 seriyalı raket ilk dəfə peyk interneti üçün genişmiqyaslı şəbəkənin yaradılması üzrə missiyanı həyata keçirib. “LandSpace” şirkəti artıq raketin təkmilləşdirilmiş versiyasının “müntəzəm kommersiya buraxılışlarını təşkil edib”. Bundan əlavə, ZQ-3 seriyalı raketin təkrar istifadəsi imkanlarının araşdırılması istiqamətində iş aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti