Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Yeni qanun qüvvəyə mindi

Cəmiyyət Xəbər 15 Sentyabr 2026 10:45 (UTC +04:00)
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Yeni qanun qüvvəyə mindi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə zamanı həlak olan minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu məsələ aprelin 27-də qəbul edilən “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları (ən çoxu 23 yaşına çatanadək) təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” qanunla tənzimlənəcək.

Belə ki, dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarının Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu imtiyaz qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq və sentyabrın 15-dən tətbiq ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti