Tramp süni intellektin təhlükəsi ilə bağlı iddiaları yalan adlandırıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 06:21 (UTC +04:00)
Tramp süni intellektin təhlükəsi ilə bağlı iddiaları yalan adlandırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp süni intellektin inkişafının bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə iddiaları yalan adlandırıb.

Tramp bu barədə “Truth Social” platformasında yazıb.

O, süni intellektin dünyanı ələ keçirəcəyi, insanlığı məhv edəcəyi və robotların şəhərlərə daxil olaraq insanlardan xilas olacağı barədə fikirləri təkzib edib.

Qeyd edək ki, “Anthropic” şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişafının yavaşladılmasına çağırıb. Bu fikri “SpaceX”in təsisçisi İlon Mask və “OpenAI” şirkətinin rəhbəri Sem Altman da dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti