"Zirə" ilə "Qarabağ" meydandan sülhlə ayrılıblar – Misli Premyer Liqası

İdman Xəbər 13 Sentyabr 2026 21:26 (UTC +04:00)
"Zirə" ilə "Qarabağ" meydandan sülhlə ayrılıblar – Misli Premyer Liqası
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının 5-ci turunda “Zirə” və “Qarabağ” futbol komandaları üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən və 1300 tamaşaçının izlədiyi qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Matçın 4-cü dəqiqəsidə Bayere Lue “Zirə”ni önə keçirsə də, VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv edilib.

Hesab yalnız ikinci hissədə açılıb. 56-cı dəqiqədə İssa Cibrila baxımlı qola imza ataraq “Zirə”ni önə keçirib. Bu, onun mövsümdə ikinci qolu olub.

“Qarabağ” isə 65-ci dəqiqədə Aleksey Kaşukun qolu ilə hesabda tarazlığı bərpa edib. Bu qol da futbolçunun mövsümdə ikinci qolu olub.

Qalan dəqiqələrdə tərəflərdən heç biri üstünlük qazana bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 10-a çatdıraraq ikinci pillədə qərarlaşıb. Rəqibdən bir oyun çox keçirən “Zirə” də eyni xalla üçüncü pillədədir.

Günün ilk qarşılaşmasında isə "Araz Naxçıvan" Şamaxı şəhər stadionunda"Turan Tovuz"u qəbul edib.

Matçda qalib müəyyənləşməyib - 2:2.

7-ci dəqiqədə “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman avtoqola imza ataraq “Araz-Naxçıvan”ı önə keçirib.

51-ci dəqiqədə İbrahima Vadji hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə oyuna cəmi beş dəqiqə əvvəl daxil olan Jo Batista fərqlənərək “Turan Tovuz”u 2:1 hesabı ilə önə çıxarıb.

Matçın sonlarına yaxın “Araz-Naxçıvan”ın qazandığı penalti VAR müdaxiləsindən sonra uzun müddət müzakirə olunsa da, baş hakim Elçin Məsiyevin qərarı qüvvədə saxlanılıb. 86-cı dəqiqədə Ağadadaş Salyanski 11 metrlik cərimə zərbəsindən yekun hesabı müəyyənləşdirib - 2:2.

Bu heç-heçədən sonra “Turan Tovuz” xallarının sayını səkkizə çatdırıb və beşinci pillədə qalıb. “Araz-Naxçıvan” isə iki xalla 10-cu pilləyə qalxıb.

Tura sabah keçiriləcək "Şəfa"-"Sabah" matçı ilə yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti