Almaniyada təyyarə qəzası - ölənlər var

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 17:20 (UTC +04:00)
Almaniyada təyyarə qəzası - ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında, Erkelenz şəhəri yaxınlığında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Bu barədə "Welt" xəbər verir.

Təyyarədə olanlardan heç kim sağ qalmayıb.

Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelenz-Herderat yaşayış məntəqəsinin yaxınlığındakı əraziyə düşüb. Təyyarə tamamilə dağılıb.

Həlak olanların kimliyi və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Hadisənin səbəblərinin araşdırılmasına başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti