Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub - UKMTO

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 06:22 (UTC +04:00)
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub - UKMTO

Bakı. Trend:

Hörmüz boğazında tanker mərmi ilə vurulub.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Hörmüz boğazında insident barədə məlumat alıb. Gəmi Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulub. Hazırda ekipaj üzvlərinin vəziyyəti, dəyən zərərin miqyası və ətraf mühitə təsir barədə məlumat yoxdur”, - deyə məlumatda bildirilib.

Gəminin adı və qeydiyyat limanı da daxil olmaqla, digər təfərrüatlar açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti