Kəlbəcər. Trend:
Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün həyata keçirilməsi nəzərdə tutulur.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kənddə 547 fərdi ev artıq tikilib.
“Zar kəndində tikinti işləri artıq yekunlaşmaq üzrədir. Burada 547 fərdi evlə yanaşı, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb tikilib. Yaxın zamanda tikinti işləri yekunlaşdıqdan sonra kəndə köç də baş tutacaq”, – B.Hacıyev deyib.
Xüsusi nümayəndə qeyd edib ki, köçdən sonra Zar kəndinin əzəli sakinləri doğma torpaqlarına qayıdaraq burada yaşayıb fəaliyyət göstərəcəklər.
