Almaniyada Metrsin mümkün istefası ilə bağlı şayiələr rədd edilib

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 00:20 (UTC +04:00)
Almaniyada Metrsin mümkün istefası ilə bağlı şayiələr rədd edilib

Bakı. Trend:

Xristian Sosial İttifaqının (XSU) lideri, Bavariya Baş naziri Markus Söder Xristian Demokrat İttifaqının (XDİ) Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdə uğursuz nəticə göstərməsindən sonra Almaniya Federativ Respublikasının kansleri Fridrix Mertsin mümkün istefası ilə bağlı spekulyasiyaları rədd edib və hazırkı Almaniya hökumətinin 2029-cu ilə qədər hakimiyyətdə qalacağına ümid etdiyini bildirib.

Bu barədə Markus Söder Bild” qəzetinə müsahibəsində deyib.

“Burada söhbət koalisiya böhranından deyil, Almaniyanın özündəki böhrandan gedir. Və ilk növbədə hamımız sadəcə nəfəsimizi dərməli idik”, - deyə Söder bildirib. “Mənim üçün Saksoniya-Anhaltdakı vəziyyətdən hansı nəticənin çıxarılmalı olduğu tamamilə aydındır: Berlin daha sərt və daha fəal fəaliyyət göstərməlidir”, - deyə siyasətçi vurğulayıb. O, Saksoniya-Anhaltdakı səsverməni yenidən “Almaniya tarixində ən çox etiraz xarakterli seçki” adlandırıb və bundan müvafiq nəticələr çıxarmağın zəruriliyini qeyd edib.

Eyni zamanda, XSU lideri Mertsin islahatlara sadiq olan və Almaniya hökumətinə rəhbərlik etmək üçün “doğru insan” olduğunu bildirib. “Hazırda hər birimizdən böyük səylər tələb edən vəziyyətdəyik. Yeri gəlmişkən, əgər o, elə indi vəzifəsini başqa birinə versəydi, alternativ variantları nəzərdən keçirdikdə həmin şəxs də SPD (Almaniya Sosial-Demokrat Partiyası) ilə bağlı tamamilə eyni problemlərlə üzləşərdi, çünki islahatlar bu partiya üçün çətinliklərlə müşayiət olunur. SPD-nin belə seçki nəticələrindən sonra birdən-birə hər şeyi şübhə altına almağa başlaması pis siqnal oldu”, - deyə Söder bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti