Bakı. Trend:
Amerikalı iş adamı İlon Mask “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin yavaşladılması təklifini dəstəkləyib.
Bu barədə İlon Mask "X" sosial şəbəkəsində yazıb.
“Dario haqlıdır”, - deyə o yazıb. O, bununla “Anthropic” rəhbərinin süni intellekt imkanlarının inkişaf sürətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı fikrini şərh edib.
D. Amodei sentyabrın 12-də öz saytında məqalə dərc edərək izah edib ki, süni intellekt sahəsində qabaqcıl texnologiyalar üzərində işin sürətinin koordinasiyalı şəkildə yavaşladılması sayəsində şirkətlər modellər inkişafın kritik səviyyələrinə çatmazdan əvvəl “əlavə bir-iki il vaxt qazana bilərlər”. Onun fikrincə, bu, ciddi səhvlərdən və süni intellektin cəmiyyətin həyatına mənfi təsirindən yayınmağa imkan verəcək.