İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər - KİV

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 21:21 (UTC +04:00)
İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər - KİV

Bakı. Trend:

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşmaya gəliblər. Bu barədə Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə yaxın vaxtlarda elan ediləcək.

Bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu razılaşma yalnız İran və Oman arasında əldə olunub, digər ölkələr isə görüşdə yalnız marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq üçün iştirak edəcəklər.

O əlavə edib ki, razılaşmaya əsasən, Hörmüz boğazından keçərək Fars körfəzinə giriş tamamilə İranın ərazi sularında yerləşir, çıxış marşrutunun bir hissəsi də İran ərazi sularını əhatə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti