Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu (VİDEO)

Hadisə Xəbər 12 Sentyabr 2026 10:48 (UTC +04:00)
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, avtomagistralın Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub.

Qeyd edilib ki, qəza nəticəsində minik avtomobilində olan sərnişin –Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır", - deyə əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti