Britaniyanın "Revolut" bankının müştərilərinin şəxsi məlumatları oğurlanıb

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 23:28 (UTC +04:00)
Britaniyanın "Revolut" bankının müştərilərinin şəxsi məlumatları oğurlanıb

Bakı. Trend:

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın “Revolut” şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, fintech startapı qurumlardan birinin elektron poçt domenindən göndərilən saxta sorğular aldıqdan sonra müştərilərin şəxsi məlumatları icazəsiz üçüncü tərəfə ötürülüb. İlkin məlumata görə, doğum tarixləri, poçt ünvanları, telefon nömrələri, pasport və sürücülük vəsiqələri də daxil olmaqla şəxsiyyət vəsiqələrinin surətləri kimi məlumatlar oğurlanıb.

Şirkətin nümayəndəsi bildirib ki, məlumat sızması aşkar edildikdən sonra həmin ünvan dərhal bloklanıb, hüquq-mühafizə orqanları, məlumatların qorunması sahəsində tənzimləyici qurumlar və maliyyə nəzarəti orqanları insident barədə məlumatlandırılıb. “Revolut”un sistemləri və müştərilərin vəsaitləri insidentdən təsirlənməyib”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti