“Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib (FOTO)

İqtisadiyyat Press-reliz 11 Sentyabr 2026 20:41 (UTC +04:00)
“Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupun növbəti iclası keçirilib.

İclasda Strategiyanın “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin cari dövr üzrə monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.

Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə icra nəticələri və əldə olunmuş nailiyyətlər barədə danışaraq Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb.

Görüşdə Mərkəzi Bank, işçi qrupun üzvləri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti, cari il üzrə monitorinq və qiymətləndirmənin nəticələri, əldə olunmuş nailiyyətlər və qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün davamında həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində növbəti addımlar müəyyən edilib.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə işçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti