Bakı.Trend:
İstanbulun Maltəpə rayonunda baş vermiş atışma ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Haber7”-nin məlumatına görə, insident ev sahibi ilə obyekt işçisi arasında hələlik məlum olmayan səbəbdən yaranan mübahisə nəticəsində baş verib.
Məlumat daxil olduqdan sonra əraziyə polis, xüsusi təyinatlı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Ölkənlərin kimliyi açıqlanmır.
15:34
xxx
Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda bir naməlum şəxs küçədə insanları atəşə tutub.
Bu barədə “Haber7” məlumat yayıb.
Hadisə yerində yaralıların olduğu bildirilir. Əraziyə xüsusi-təyinatlı polis qüvvələri göndərilib.
Hələ ki digər təfərrüatlar məlum deyil.
Xəbər yenilənir...
