Çin limanında gəmidə yanğın – 20 nəfər həlak olub

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 15:55 (UTC +04:00)
Çin limanında gəmidə yanğın – 20 nəfər həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Çindao limanında yük gəmisində yanğın baş verməsindən sonra ən azı 20 nəfər ölüb, beş nəfər isə itkin düşüb.

Bu haqda Çin dövlət mediasının məlumatında deyilib.

Bildirilib ki, gəmi Çinin şimal-şərq sahilində yerləşən və mühüm gəmiçilik mərkəzi olan Çindao limanında “Beihai Shipbuilding Co.” şirkətinin gəmiqayırma zavoduna təmir üçün daxil olub.

Sinxua xəbər agentliyinin yaydığı fotoda gəminin adı “Ocean Melody” kimi göstərilib. Gəmi izləmə saytı "VesselFinder"in məlumatına görə, gəmi Liberiya bayrağı altında üzür.

Sinxuanın məlumatına görə, gəmidə ümumilikdə 42 nəfər olub. Onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib. Beş nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb və onların vəziyyəti stabil olaraq qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti