Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Xəbər 11 Sentyabr 2026 17:59 (UTC +04:00)
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.

Məhsul qruplarının adları 2026-cı ilin yanvar-avqust ayları, milyon manat 2026-cı ilin yanvar-avqust ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən
Pərakəndə ticarət dövriyyəsi 44 256,1 +3,9%
o cümlədən:
ərzaq məhsulları
22 176,1 +1,5%
içkilər və tütün məmulatları 1 911,4 +1,4%
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 613,8 +4,3%
elektrik malları və mebellər 2 155,5 +8,9%
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 694,3 +33,4%
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 1 212,9 +21,6%
avtomobil yanacağı 2 701,1 +4,3%
digər qeyri-ərzaq malları 7 791,0 +5,2%

2026-cı ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti