Bakı. Trend:
10-12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 31-ci Bakı birinciliyi keçirilir. Yarışda Respublika Kompleks İdman Məktəbi, Sərhədçi İdman Mərkəzi, Bakı Gimnastika Məktəbi, “Grasiya” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Şağan və Hövsan bölmələrini təmsil edən 180 gimnast iştirak edir.
Birinciliyin ilk günündə 2013–2018-ci il təvəllüdlü gimnastlar müxtəlif proqramlarda mübarizə aparıb. Gün ərzində iştirakçılar fərdi proqram üzrə çıxışlarını təqdim ediblər.
Yarış proqramına əsasən, günün əvvəlində 2018, 2017 və 2016-cı il təvəllüdlü balacalar, daha sonra isə 2014–2015 və 2013-cü il təvəllüdlü yeniyetmələr və 2011–2012-ci il təvəllüdlü gənclər çıxış ediblər.
Yarışın ikinci günündə də gimnastlar müxtəlif yaş qruplarında mübarizəni davam etdirəcəklər. Balacalar və yeniyetmələr arasında qaliblərin mükafatlandırılması mərasimləri də keçiriləcək.
Foto: Arif Quluzadə