Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir (ÖZƏL)

Siyasət Xəbər 10 Sentyabr 2026 15:14 (UTC +04:00)
Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Anqola və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq uzun illərdir davam edir.

Bunu Anqola nümayəndə heyətinin üzvü Vasko Patrisio “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda çox sayda Anqola vətəndaşı təhsil alır və bu, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.

“Düşünürəm ki, ölkələrimiz arasında yaxşı əməkdaşlıq var. Təhsil əsas sahələrdən biridir. Bu proses uzun müddət əvvəl başlayıb və hazırda da davam edir. Müstəqillik əldə etdikdən sonra bir çox Anqola vətəndaşı Azərbaycanda təhsil alıb. Bu sahədə əməkdaşlığımızı daha da genişləndiririk”, - deyə V.Patrisio bildirib.

O, həmçinin Azərbaycanın paytaxtı Bakı ilə bağlı ilk təəssüratlarının müsbət olduğunu vurğulayıb.

“Bura dünən gecə gəlmişəm. İlk təəssüratım çox yaxşıdır. Azərbaycan çox təmiz ölkədir, insanlar mehribandır. Bakı da gözəl şəhərdir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti