Bakı. Trend:
Hörmüz boğazından daşınan neft və neft məhsullarının həcmi gündə təxminən 11 milyon barel təşkil edir.
Bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"Yeddi günlük orta göstəriciyə əsasən, boğazdan gəmilərlə çıxarılan neft və neft məhsullarının həcmi gündə 11 milyon bareldən bir qədər az olub. Daha 3-5 milyon barel gündə [boğazdan] yan keçən boru kəmərləri vasitəsilə [daşınır]", - deyə o, Bloomberg TV telekanalına müsahibəsində bildirib.
Raytın sözlərinə görə, ABŞ hərbi gəmiləri "hələ də münaqişə zonası olaraq qalan" Hörmüz boğazından keçən gəmilərə kömək edir