Bakı. Trend:
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq-daş selinin baş verməsi nəticəsində azı 16 nəfər həlak olub.
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Daha əvvəl 13 nəfərin öldüyü bildirilmişdi.
Sel sentyabrın 5-də səhər saatlarında Tsyan şəhər dairəsinin Suyçuan qəzasında baş verib. 13 nəfər Qaopin qəsəbəsində, 2 nəfər Tsoan yaşayış məntəqəsində, 1 nəfər isə Tanxu qəsəbəsində həlak olub. Baş verən sel səkkiz evi tamamilə dağıdıb, daha dörd evə isə cüzi ziyan dəyib.
Suyçuan qəzasında 18 min sakin təxliyə edilib. Axtarış-xilasetmə əməliyyatına 170-dən çox nəfər cəlb olunub.