İki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq

Hadisə Xəbər 9 Sentyabr 2026 20:58 (UTC +04:00)
İki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında qeyd olunub.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-da saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti