Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq

İqtisadiyyat Xəbər 9 Sentyabr 2026 14:40 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq.

Trend-in məlumatına görə, qonşu ölkəyə 20 vaqon arpa və 21 vaqon buğda göndəriləcək.

Yük qatarı sabah "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti