ABŞ-nin İranla münaqişəsi 2029-cu ilə qədər uzana bilər - KİV

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 06:18 (UTC +04:00)
ABŞ-nin İranla münaqişəsi 2029-cu ilə qədər uzana bilər - KİV

Bakı. Trend:

ABŞ administrasiyasının yüksəkrütbəli üzvləri prezident Donald Trampla söhbətlərində İranla münaqişəni onun dövlət başçısı vəzifəsindəki səlahiyyət müddəti bitənədək yekunlaşdırmağın mümkün olmayacağını istisna etmirlər.

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və administrasiyanın digər nümayəndələri Ağ evin Oval kabinetində və Situasiya otağında keçirilən iclaslarda prezidentin diqqətinə çatdırıblar ki, blokadaya və hərbi əməliyyatlara baxmayaraq, Tehran Vaşinqtonun təzyiqlərinə müqavimət göstərməkdə davam edə bilər. Nəticədə münaqişə hətta ABŞ-nin növbəti prezidentinin 2029-cu ilin yanvarında keçiriləcək inaqurasiyasından sonra da davam edə bilər. WSJ xatırladır ki, Rubio və Vens Respublikaçılar Partiyasından potensial prezident namizədləri hesab olunurlar. Nəşr qeyd edir ki, münaqişənin uzanması ABŞ-nin hərbi resurslarına düşən yükün artması təhlükəsini yaradır və 2028-ci il prezident seçkilərinin qızğın çağında qlobal enerji bazarlarında uzunmüddətli fasilələrə gətirib çıxara bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti