"Apple" yeni ağıllı saat modellərini təqdim edib

Dünya xəbərləri Xəbər 9 Sentyabr 2026 23:59 (UTC +04:00)
"Apple" yeni ağıllı saat modellərini təqdim edib

Bakı. Trend:

"Apple" korporasiyası "Apple Watch Series 12" və "Apple Watch Ultra 4" ağıllı saatlarını təqdim edib.

Bu barədə təqdimatın yayımlanması zamanı məlum olub.

Yeniliklərdən biri söhbətin son 15 saniyəsini geri çəkmək və onun mətn transkripsiyasını əldə etmək imkanıdır. "Live Rewind" funksiyası Audio Intelligence kompleksinin tərkibinə daxildir. Bu kompleks istifadəçinin gündəlik vərdişlərini süni intellekt vasitəsilə daha dəqiq təhlil etmək üçün ətraf mühitə dair məlumatların toplanması imkanlarını genişləndirir.

Yeni "Apple Watch" modellərində fon rejimində dinləmə vasitəsilə söhbətlərin qısa xülasələrini hazırlayan Siri Recap funksiyası da əlçatandır. "Apple Watch Series" 12-nin qiyməti 399 dollardan, "Apple Watch Ultra" 4-ün qiyməti isə 799 dollardan başlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti