Bakı. Trend:
Albaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüş keçirib.
Bu barədə Albaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan–Albaniya arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər turizm əlaqələrinin inkişafı, təcrübə mübadiləsi, qarşılıqlı turist səfərlərinin artırılması və hər iki ölkənin turizm imkanlarının daha geniş tanıdılması istiqamətində fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Azərbaycan və Albaniya turizm sahəsində sıx əməkdaşlıq üçün böyük potensiala malikdir. Bu istiqamətdə dövlət qurumları, turizm sənayesi nümayəndələri və xalqlar arasında yeni əlaqələrin yaradılması üçün imkanların olduğu vurğulanıb.
Albaniyanın Bakıdakı Səfirliyi iki ölkə arasında turizm sahəsində institusional əlaqələrin və birgə təşəbbüslərin inkişafına dəstək verməyə davam edəcəyini qeyd edib.
Qeyd olunub ki, turizm xalqların bir-birinin tarixi, mədəniyyəti, irsi və milli dəyərləri ilə daha yaxından tanış olması üçün mühüm vasitədir.