Yaponiyada leysan yağışlar daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 12:50 (UTC +04:00)
Yaponiyada leysan yağışlar daşqınlara səbəb olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiya paytaxı Tokionun cənubunda, eləcə də Kanto bölgəsində leysan yağışlar bəzi yollarda daşqınlara səbəb olub.

Bu barədə “The Japan Times” yazır.

Kanto bölgəsində əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb, bəzi qatar reysləri dayandırılıb.

İzu adalarında yerləşən Niiçima və Toşima kəndləri, eləcə də Oşima şəhəri üçün sürüşmə təhlükəsi ilə bağlı ən yüksək – 5-ci səviyyəli fövqəladə xəbərdarlıq elan edib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, İzu-Oşima adasında bazar ertəsi saat 14:30-a qədər olan 24 saat ərzində 581,5 millimetr yağıntı qeydə alınıb. Tokionun bəzi ərazilərində və Çiba prefekturasında da yağıntının miqdarı 200 millimetri keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti