Bakı. Trend:
Bakıda güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərləri qoparaq dəmir yolu relslərinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Trend-ə verilən məlumata görə, hadisə Zabrat-2 stansiyası sahəsində qeydə alınıb.
Hadisə nəticəsində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə yaranıb.
ADY əməkdaşları tərəfindən relslərin üzərinə düşən maneələr aradan qaldırılıb və qatarların hərəkəti təmin edilib.
