Beyləqanda iki avtomobil toqquşub - Ölən var

Hadisə Materials 8 Sentyabr 2026 09:19 (UTC +04:00)
Beyləqanda iki avtomobil toqquşub - Ölən var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 7-də qeydə alınıb.

Belə ki, Seymur Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Beyləqan şəhəri ərazisində hərəkətdə olarkən Rəhim Süleymanovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə toqquşub.

Nəticədə S.Kərimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti