Beyləqanda baş vermiş yol qəzasında bir nəfər ölüb

Hadisə Materials 7 Sentyabr 2026 18:34 (UTC +04:00)
Beyləqanda baş vermiş yol qəzasında bir nəfər ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayon ərazisində baş verib.

Hadisə zamanı Bolsulu kənd sakini, 1962-ci il təvəllüdlü Seymur Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşı tərəfdə hərəkətdə olan “Ford” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində “VAZ-2107”nin sürücüsü S.Kərimov və onun avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Aytən Muradova xəsarət alıblar.

Yaralılar tibbi yardım göstərilməsi üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, S.Kərimovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.

A.Muradovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti