Türkmənistanın nüfuzlu "Orient.tm" portalında Azərbaycanın turizm potensialı təqdim olunub

İqtisadiyyat Materials 8 Sentyabr 2026 10:30 (UTC +04:00)
Türkmənistanın nüfuzlu "Orient.tm" portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın nüfuzlu "Orient.tm" informasiya portalında Azərbaycanın turizm imkanları, əsas turizm istiqamətləri, tarixi-mədəni irsi və təbiəti haqqında məlumat təqdim edən məqalə dərc olunub.

Türkmən, ingilis və rus dillərində dərc olunan “Discovering Azerbaijan: From Baku’s Seaside Charm to the Silk Road Soul of Shaki” başlıqlı məqalədə Bakıdan başlayaraq Qəbələ və Şəkiyə, eləcə də ölkənin şimal-qərb bölgələrinə uzanan turizm marşrutu təqdim edilir.

Materialda Bakının Xəzər dənizi sahilində yerləşən müasir siması ilə tarixi irsinin vəhdəti diqqətə çatdırılır. Şəhərin rəmzləri sırasında Alov qüllələri, Heydər Əliyev Mərkəzi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və Bakı bulvarı haqqında məlumat verilir.

Məqalədə Azərbaycanın mühüm turizm istiqamətlərindən biri olan Qəbələnin ilboyu istirahət imkanları, dağ və təbiət turizmi, qış idman növləri, spa və sağlamlıq xidmətləri, termal mənbələri, eləcə də turistlər üçün yaradılmış müasir infrastruktur imkanları barədə bəhs olunur.

Məqalədə Azərbaycanın qədim İpək Yolu irsinin qorunduğu kənd və yaşayış məntəqələrinə də xüsusi diqqət ayrılır. Bu ərazilərdə ənənəvi sənətkarlıq, yerli mətbəx və qonaqpərvərlik nümunələrinin qorunub saxlanıldığı vurğulanır.

Materialın digər hissələrindən biri Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə həsr olunub. Şəkinin tarixi İpək Yolu üzərində mühüm məntəqə olduğu, şəhərin tarixi-memarlıq irsi, Şəki Xan Sarayı, şəbəkə sənəti, karvansaralar, sənətkarlıq emalatxanaları və məşhur Şəki halvası barədə ətraflı məlumat təqdim edilir. Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi də qeyd olunur.

Bununla yanaşı, Bakı ilə Azərbaycanın şimal-qərb bölgələri arasında səyahət imkanları, dəmir yolu əlaqələri, dağlıq ərazilərin mənzərələri, şərabçılıq ənənələri və təbiət turizmi potensialı oxucuların diqqətinə çatdırılır.

Həmçinin, məqalədə Azərbaycanın müasir şəhər mühiti, zəngin tarixi-mədəni irsi, dağlıq təbiəti və ənənəvi turizm məkanlarını bir marşrut üzərində birləşdirən çoxşaxəli turizm imkanlarını t əqdim edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti