Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 8 Sentyabr 2026 01:10 (UTC +04:00)
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes”, “Opel”, “Chevrolet” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “Mercedes”in 2004-cü il təvəllüdlü sürücüsü Ə.Qasımov xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bildirilir ki, ilkin toqquşmadan sonra zərbənin təsiri ilə avtomobillərdən biri yol kənarında dayanan daha iki avtomobilə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti