Enerji keçidi iqtisadi və strateji bir zərurətdir - IRENA baş direktoru

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 11:02 (UTC +04:00)
Enerji keçidi iqtisadi və strateji bir zərurətdir - IRENA baş direktoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Enerji keçidi artıq yalnız iqlim tələbi deyil, bu, həm də iqtisadi və strateji bir zərurətdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin (IRENA) baş direktoru Françesko La Kamera BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, şəbəkələrdən və saxlanma sistemlərindən danışarkən, COP29-da verilən öhdəlikləri xatırlaya bilərik.

“Bu onillikdə quracağımız enerji sistemləri gələcək onilliklər üçün iqlim nəticələrimizi, iqtisadi rəqabət qabiliyyətimizi və strateji dözümlülüyümüzü formalaşdıracaq. Bərpa olunan enerjiyə keçid nəinki sürətlənir, həm də enerji sistemlərinin təhlükəsizliyini və dözümlülüyünü getdikcə daha da möhkəmləndirir.

Regionlar fərqli reallıqlarla üzləşsə də, ortaq prioritetlərimiz 2030-cu ilə qədər bərpa olunan enerji gücünü üç dəfə artırmaq, enerji səmərəliliyinin artırılması sürətini iki dəfə yüksəltmək və şəbəkələrə, saxlanma sistemlərinə qoyulan investisiyaları sürətləndirməkdir”,- deyə o bildirib.

Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti