Bakı.Trend:
İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın nəticəsində azı 11 nəfər, o cümlədən 6 uşaq həlak olub.
Bu barədə “Xinhua” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, yanğın yerli vaxtla gecə yarısından az sonra başlayıb və qısa müddət ərzində yaxınlıqdakı mağazalara da yayılıb. Yanğın nəticəsində təxminən 40 bina tamamilə məhv olub.
Agentlik qeyd edir ki, yanğının qarşısını səhər saatlarına qədər almaq mümkün olub. Alovun geniş miqyasda olması və tikililərin bir-birinə yaxın yerləşməsi səbəbindən yanğının söndürülməsi uzun vaxt aparıb. Yanğının başvermə səbəbi müəyyənləşdirilir, polis şahidlərin ifadələrini toplayır və hadisə yerində araşdırma aparır.
