Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə gəliblər.
Bu barədə Ukraynanın "İnsayder" nəşri məlumat yayıb.
ABŞ nümayəndələrinin Ukrayna paytaxtında nə qədər qalacağı məlum deyil.
"UNIAN" qəzeti öz növbəsində Kiyev dəmir yolu stansiyasından video görüntülər yayımlayıb. Görüntülərdə Uitkoff və Kuşnerin Kiyevə qatarla gəldiyi və platformada Ukrayna danışıqlar qrupunun üzvləri - Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və Xalqın Xidmətçisi parlament fraksiyasının rəhbəri David Araxamiya tərəfindən qarşılandığı görünür.