"Neftçi" nigeriyalı hücumçu transfer etdi

İdman Materials 7 Sentyabr 2026 23:12 (UTC +04:00)
"Neftçi" nigeriyalı hücumçu transfer etdi

Bakı. Trend:

“Neftçi” yeni hücumçu transfer edib.

Paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandada 26 nömrəli formanı geyinəcək.

Xəbər lenti

Xəbər lenti