Almaniya dronlara və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2026 12:24 (UTC +04:00)
Almaniya dronlara və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb

Bakı. Trend:

Almaniyanın Daxili İşlər Nazirliyi tanınmayan dronlara və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb.

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, plan PUA-larla mübarizə üzrə federal polisin mobil bölmələrinin genişləndirilməsini nəzərdə tutur. Onlar strateji baxımdan mühüm obyektlərin — Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münhen, Frankfurt-Mayn, Ştutqart aeroportlarının, dəmir yolu vağzallarının, eləcə də AFR paytaxtının hökumət məhəlləsinin yaxınlığında yerləşdiriləcək. Kritik infrastruktur obyektlərinin operatoru olan şirkətlər dronlardan mühafizə olunmaq üçün müstəqil şəkildə tədbirlər görmək hüququ əldə edəcəklər.

Plan çərçivəsində potensial terrorçuların və ya agentlərin izlənilməsi üçün süni intellektdən — xüsusilə vağzallarda quraşdırıla bilən üzün tanınması və təhlükəsizlik kamerası sistemlərindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti