Almaniyada keçirilən seçkilərdə qatı-sağçılar strateji bölgədə qalib gəlib

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 10:42 (UTC +04:00)
Almaniyada keçirilən seçkilərdə qatı-sağçılar strateji bölgədə qalib gəlib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 6-da Şərqi Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilmiş landtaq (əyalət parlamenti) seçkilərində ilkin rəsmi nəticələrə əsasən, qatı sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası inamlı qələbə qazanıb.

Bu barədə DW məlumat yayıb.

Sentyabrın 7-də gecə bütün seçki məntəqələrində bülletenlərin nəticələri açıqlanıb və partiya səslərin 43,8 faizini toplayıb. Bu partiyanın torpağın baş naziri postuna namizədi 35 yaşlı Ulrix Ziqmunddur (Ulrich Siegmund). AfD sədri Tino Xrupalla (Tino Chrupalla) artıq Ziqmundun bu vəzifəyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Hazırkı torpaq baş naziri Sven Şultsenin (Sven Schulze) üzvü olduğu Xristian-Demokrat İttifaqı (XDİ) 17,2 faiz səs toplayıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə demək olar ki, iki dəfə azdır. Solçu Partiya 8,6 faiz, “90 İttifaqı”/“Yaşıllar” 8,9 faiz, Almaniya Sosial-Demokrat Partiyası (SPD) isə 9,3 faiz səs qazanıb. Landtaqa, həmçinin 5,3 faiz səs toplayan Sara Vaqenknext İttifaqı (SVİ) də keçib. Məhz bu siyasi qüvvə ilə AfD koalisiya yarada bilər. Azad Demokratik Partiya (ADP) və digər partiyalar 5 faizlik baryeri keçə bilməyib. Seçici fəallığı 77,8 faiz təşkil edib.

Bu nəticələrə əsasən, Saksoniya-Anhalt landtaqında 83 deputat mandatı belə bölüşdürüləcək: “Almaniya üçün Alternativ” – 39 mandat, XDİ – 15, Sol Partiya, “90 İttifaqı”/“Yaşıllar” və SPD – hərəyə 8 mandat, SVİ – 5 mandat.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti