Ağdamda traktor minaya düşüb

Hadisə Materials 5 Sentyabr 2026 23:51 (UTC +04:00)
Ağdamda traktor minaya düşüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda traktor minaya düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, ərazidə torpaq şumlayan traktorçu idarə etdiyi K-700 markalı traktoru tank əleyhinə minaya salıb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşüb.

Hadisə zamanı traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər lenti

Xəbər lenti