Merts bəzi etiraflar edib

Dünya xəbərləri Materials 6 Sentyabr 2026 05:29 (UTC +04:00)
Merts bəzi etiraflar edib

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts partiyasının ictimai rəy sorğularının nəticələrindən məmnun deyil.

Kansler bu barədə Xristian Demokrat Birliyinin (CDU) seçki kampaniyası tədbirində çıxış edərkən bildirib.

O, üzləşdiyi tənqidlərdən şəxsən əziyyət çəkdiyini də etiraf edib.

"Əlbəttə ki, biz sorğunun nəticələrindən narazıyıq. Əlbəttə ki, mən şəxsən bu geniş yayılmış tənqiddən narahatam", - deyə o bildirib.

Mertsin populyarlığı bir müddətdir ki, rekord səviyyədə aşağı düşüb və hakim CDU/CSU bloku siyasi partiyaların reytinqində Almaniya üçün Alternativ (AfD) Partiyasından geri qalır.

Xəbər lenti

Xəbər lenti