Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.
Bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz Murad!
Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü
insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq
və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz
sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən
xoş arzularımız bu gün səninlədir.
Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət,
qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli
Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik".
