Bakı. Trend:
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirərək məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat “Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq çərçivəsində” həyata keçirilib.
“Beynəlxalq sularda, Sakit okeanın şərq hissəsində üzən yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərən və narkotiklərin qaçaqmalçılığı üçün istifadə olunan gəmi ələ keçirilib. Kəşfiyyat məlumatları gəminin qəddar narkoterrorçu təşkilat olan “Los Çoneros”un maraqları üçün istifadə edildiyini təsdiqləyib”, – deyə paylaşımda bildirilib.
Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib. Axtarış və gəminin təhlükəsizliyinin təmin edilməsi üzrə əməliyyat başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar.