Adam Telle ABŞ Quru Qoşunları naziri vəzifəsini müvəqqəti icra edəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 03:08 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Quru Qoşunları (Ordu) nazirinin vəzifələrini Adam Telle icra edəcək.

“Məmnuniyyətlə bildirirəm ki, Ordu nazirinin mülki tikinti məsələləri üzrə köməkçisi Adam Telle bu andan etibarən Ordu naziri vəzifəsini icra edəcək”, – deyə ABŞ lideri Truth Social platformasında yazıb. Tramp Telleni “hamının hörmət etdiyi” vətənpərvər kimi xarakterizə edib.

ABŞ Quru Qoşunlarının naziri vəzifəsini son vaxtlar Daniel Driskoll tuturdu. “The Wall Street Journal” qəzeti avqustun 31-də onun istefa verdiyini yazıb. Axios portalının məlumatına görə, Driskollun vəzifəsini tərk etməsinə Pentaqonun rəhbəri Pit Heqsethlə fikir ayrılıqları səbəb olub.

2025-ci ilin noyabrında Tramp Driskollu Ukraynada nizamlanma üzrə nümayəndə heyətinə daxil edib. Fevral ayında isə o, Cenevrədə Moskva, Kiyev və Vaşinqton arasında keçirilən üçtərəfli danışıqlarda iştirak edib.

ABŞ Quru Qoşunları naziri, xüsusilə, qoşunların maddi-texniki təminatına, eləcə də onların sərəncamında olan maliyyə resurslarına cavabdehdir.

ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları nazirləri prezidentin Nazirlər Kabinetinin üzvləri hesab olunmurlar.

Xəbər lenti

Xəbər lenti