Melburn Universitetində təhsil alan ilk azərbaycanlı rejissor-prodüser qovulmaq təhlükəsi ilə üz-üzədir

Cəmiyyət Materials 3 Sentyabr 2026 10:55 (UTC +04:00)
Melburn Universitetində təhsil alan ilk azərbaycanlı rejissor-prodüser qovulmaq təhlükəsi ilə üz-üzədir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Melburn Universitetində təhsil alan ilk azərbaycanlı rejissor-prodüser Afaq Yusifli qovulmaq təhlükəsi ilə üz-üzədir.

Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

Afaq Yusiflinin sözlətinə görə, 2-ci semestr üçün nəzərdə tutulan 25 500 AZN məbləğində vəsait Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabında dondurulub.

Ödənişin yubanmasına səbəb 2026-cı ilin mart ayında İttifaqın sədri Rasim Balayevin vəfatından sonra imza səlahiyyəti olan şəxsin olmaması və qurumda yeni seçki prosesinin uzanmasıdır.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ittifaqda hal-hazırda sədr yoxdur.

“Sədr olmadan pul köçürmələrinin həyata keçirilməsi mümkün deyil”,- deyə əlavə edilib.

Azərbaycan Mədəniyyət Nazirliyindən isə Trend-ə bildirilib ki, nazirlik tərəfindən universitet üçün ödəniş edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti