Masallıda Köhnə Alvadı kəndində yanan evin zərəri ödənildi

Cəmiyyət Materials 3 Sentyabr 2026 10:57 (UTC +04:00)
Masallıda Köhnə Alvadı kəndində yanan evin zərəri ödənildi

Bakı. Trend:

Sosial şəbəkələrdə sığorta müştərilərindən biri haqqında paylaşılan yazı diqqətimizi çəkdi. Facebook platformasında “Masallı Rayon Köhnə Alvadı Kəndi” səhifəsində paylaşımda sığorta hadisəsi zamanı şirkətdən alınan xidmətdən və göstərilən münasibətdən məmnunluq ifadə edilib. Belə ki, Masallı rayonu Köhnə Alvadı kəndində iyun ayında qısaqapanmadan yanan evin zərəri 10.200 ₼ məbləğindəsığorta şirkəti tərəfindən ödənilmişdir.

Əslində, sığorta şirkətini qiymətləndirmək üçün ən maraqlı göstəricilərdən biri məhz belə real müştəri təcrübələridir. Çünki sığortanın dəyəri sakit günlərdə deyil, gözlənilməz hadisə baş verdikdə ortaya çıxır. Müştərinin həmin anda necə qarşılandığı, müraciətinin nə qədər operativ araşdırıldığı və zərərin necə qarşılandığı şirkətə münasibəti formalaşdıran əsas amillərdəndir.

Sosial şəbəkədəki bu paylaşımın diqqətçəkən tərəfi odur ki, bu sığorta hadisəsi barədə məlumatı müştərinin özü və ona dəstək göstərən şəxslər yayıblar. Qeyd etdikləri əsas məqam isə “PAŞA Sığorta”nın müştəriyə göstərdiyi münasibət və qayğı olub.

Xəbər lenti

Xəbər lenti