ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 06:26 (UTC +04:00)
ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini 11 dekabr 2026-cı ilədək uzadan qanun layihəsini imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni qanun federal dövlət qurumlarının dekabrın 11-dək maliyyələşdirilməsini təmin edir.

Qanun layihəsi bundan əvvəl ABŞ Konqresinin hər iki palatasında təsdiqlənib. Sənədə əsasən, yeni maliyyə ili başladıqdan sonra federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsi əvvəlki səviyyədə davam etdiriləcək.

Qanunun əsas məqsədi noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində və seçki prosesi zamanı federal hökumətin fəaliyyətinin dayandırılması (“şat daun”) ehtimalını aradan qaldırmaqdır.

Qeyd edək ki, son bir il ərzində ABŞ federal hökuməti maliyyələşdirmə ilə bağlı tarixdə görünməmiş uzunmüddətli iki fasilə ilə üzləşib. ABŞ-da maliyyə ili oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-dək davam edir. Konqresə aralıq seçkilərin 3 noyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti