Hörmüz boğazında iki neft tankerində partlayış olub – SEPAH

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 12:57 (UTC +04:00)
Hörmüz boğazında iki neft tankerində partlayış olub – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlar öncə ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazında 2 neft tankeri minanın üzərindən keçərkən partlayıb və hazırda tankerlər yanır.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.

“Bir neçə saat öncə ABŞ ordusunun tapşırığı ilə öz ekipaj heyətini təxliyə edən və qanunsuz yolla Hörmüz boğazından keçmək istəyən 2 neft tankeri minanın üzərindən keçməklə partlayış baş verib və tankerlər yanır”, -deyə məlumatda qeyd olunub.

Məlumatda deyilir ki, SEPAH Hərbi Dəniz Qoşunları minalanmış ərazidən keçməyin təhlükəsi barədə öncədən xəbərdarlıq edib. Bundan əlavə gəmilərini qanuni marşrut əvəzinə ABŞ-nin dəstəyi ilə Hörmüz boğazından keçirmək istəyən dəniz şirkətləri üçün əlavə tənbeh xarakterli tədbir planı nəzərdə tutulub və tezliklə icra olunacaq.

“Müxtəlif ölkələri qorxutmaq üçün qorxu ssenarisini həyata keçirən ABŞ ordusu ötən gecə İrana hücumlar həyata keçirib. Lakin İran bu oyunlardan qorxmur və Hörmüz boğazına nəzarəti zəiflətməyəcək”, -deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti