İran dronu Küveytin yaşayış kompleksində yanğına səbəb olub

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 11:00 (UTC +04:00)
İran dronu Küveytin yaşayış kompleksində yanğına səbəb olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İrana məxsus pilotsuz uçuş aparatı Küveyt paytaxtında yaşayış kompleksinə zərbə endirərək, yanğına səbəb olub.

Bu barədə Küveytin KUNA dövlət informasiya agentliyi yerli yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Yanğınsöndürmə idarəsinin sözçüsü, briqada generalı Məhəmməd əl-Qərib bildirib ki, dron hücumundan sonra Küveyt şəhərində baş verən yanğın söndürülüb, heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti